...

Əbülfəz Qarayev: "Mədəniyyət və Turizim Nazirliyinin Əsasnaməsinə və strukturuna yeniliklər gətiriləcək"

Siyasət Materials 1 Fevral 2006 15:15 (UTC +04:00)
Əbülfəz Qarayev: "Mədəniyyət və Turizim Nazirliyinin Əsasnaməsinə və strukturuna yeniliklər gətiriləcək"

"Mədəniyyət və Turizm Nazirliyi iki nazirliyin əsasında yaradılıb, ona görə əlbəttə ki, bu yeni qurumda hansısa islahatlar aparılacaq. Hesab edirəm ki, nazirliyin həm Əsasnaməsinə, həm də strukturuna yeniliklər gətirilməlidir". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Əbülfəz Qarayev qeyd edib ki, nazirliyin struktur və fəaliyyət istiqamətlərinə dair sənədləri hazırlayan işçi qrupu artıq yaradılıb. Onun sözlərinə görə, 10 gün ərzində layihənin ilkin variantı ölkə rəhbərliyinə təqdim ediləcək. Nazir bildirib ki, Azərbaycan mədəniyyətinin və turizminin inkişafına, zəngin mədəni irsimizin qorunub saxlanmasına, təbliğ edilməsinə xidmət göstərən çevik bir qurum formalaşdırılacaq və qarşıda dayanan işlərin öhdəsindən gələ biləcək.

Ə.Qarayev qədim və müasir mədəni irsimizin ermənilər tərəfindən oğurlanması cəhdlərinə də münasibət bildirib, qeyd edib ki, rəhdərlik etdiyi yeni nazirlik bu məsələdə çox ciddi mövqedə dayanacaq: "Biz hər hansı başqa dövlətin mədəni irsimizi mənimsəməsinə göz yuma bilmərik. Öz hüquqlarımızı ən əsası, mədəni irsimizi qorumaq istiqamətində çox işlər görməli, onların cəhdlərini qabaqlamalıyıq. Bunun üçün mədəniyyətimizi dünya səviyyəsində düzgün təbliğ etməli, öz irsimizin nədən ibarət olduğunu, tarixi köklərini sübut etməliyik"-deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti