...

Qüdrət Həsənquliyev: "Müxalifətçi millət vəkilləri parlamentin işinə qatılmaq məcburiyyətində qalıb"

Siyasət Materials 1 Fevral 2006 15:48 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana hansısa sanksiyaları tətbiq edəcəyinə ümid edən müxalifətçi millət vəkilləri martın 1-də parlamentin yaz sessiyasına qatılmağa məcbur olacaq". Bu barədə Trend ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev parlamenti boykot edən müxalifətçi millət vəkillərinin parlamentin fəaliyyətinə heç bir mənfi təsir göstərməyəcəyini bildirsə də, onların iştirakının vacibliyini vurğulayıb: "Onlar mütləq seçicilərinə hörmət edib parlamentin işində fəallıq nümayiş etdirməlidir. Biz bu tələblə onlara müraciət etdik. Lakin indi başa düşüblər ki, səhv mövqedədirlər".

BAXCP sədri onu da bildirib ki, artıq Müsavat Partiyası millət vəkillərini parlamentə göndərməklə bağlı düşünür: "2000-ci il parlament seçkilərində bu partiya Vaqif Səmədoğlunu və Şirzad Əyyubu itirdi. Bu dəfə də eyni hadisə ilə üzləşmək istəmədiyindən millət vəkillərinin parlamentə getməsini sanksiyalaşdıracaq".

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (islahatçılar) isə yalnız millət vəkili Cəmil Həsənli probleminin olduğunu deyən Q.Həsənquliyev bildirib: "Bu şəxs partiyanın sədri Əli Kərimli ilə hesablaşmır. Əhəd Abıyevin Əli Kərimlini məlum məsələlərlə bağlı ittihamından sonra bir müddət parlamenti boykot edən Cəmil Həsənlinin yenidən Milli Məclisdə görünməsi o deməkdir ki, o, bu dəfə də parlamentin fəaliyyətinə qoşulacaq".

Xəbər lenti

Xəbər lenti