...

BAXCP 3 seçki dairəsində namizədlərini müəyyənləşdirib

Siyasət Materials 1 Fevral 2006 16:27 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməklə bağlı qəbul etdiyi qərarı artıq namizədlərini verməklə həyata keçirir. Bu barədə Trend ə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Partiya sədri onu da qeyd edib ki, Ali Məclis sədrinin müavini Bəhruz Cabbarov 103 saylı Gədəbəy seçki dairəsindən, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Dünyamalı İmaməliyev 9 salı Binəqədi seçki dairəsindən, partiyanın Gəncə şəhər təşkilatırnın sədri Eldəniz Quliyev isə 38 saylı Gəncə-Nizami seçki dairəsindən namizədliklərini veriblər.

Partiyanın İdarə Heyətinin növbəti toplantısında daha 7 seçki dairəsi üzrə namizədlərin müəyyənləşdiriləcəyini deyən Q.Həsənquliyev üç seçki dairəsində qələbə qazanmağı qarşılarına məqsəd qoyduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti