...

Gənclər Günü münasibəti ilə bir neçə gənclər təşkilatı və KİV mükafatlandırılıb

Siyasət Materials 1 Fevral 2006 17:03 (UTC +04:00)

Son illərdə Azərbaycanın ictimai-siyasi mühitində gənclərin rolu xeyli dərəcədə artıb. Trend in məlumatına görə, bu fikirlər fevralın 1-də keçirilən gənclərin I Forumunun 10 illiyinə həsr olunmuş tədbirdə səslənib.

2 fevral Gənclər Günü münasibəti ilə təşkil olunan tədbirdə 1996-cı ildə keçirilmiş ilk gənclər Forumunun 10 illiyi qeyd edilib, həmçinin,bu müddət ərzində görülən işlər, əldə olunan nailiyyətlər barədə danışılıb. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, ombudsman Elmira Süleymanova, təhsil nazirinin müavini Azər Qasımov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Həsənov, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Hanna Singer, millət vəkillərindən Azay Quliyev, Əkrəm Abdullayev, Azər Əmiraslanov, Fuad Muradov və başqaları çıxış edərək gənclərin həm qlobal dünya siyasətində, həm də yerli idarəçilikdə önə çəkilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də davam etdirilən siyasi kursda gənclərin roluna böyük önəm verildiyi qeyd olunub. Əvvəlki illərlə müqayisədə sonparlament seçkisində daha çox sayda gənclərin deputat seçildiyi, dövlət tərəfindən gəncələrə göstərilən qayğının ilbəil artırıldığı vurğulanıb.

Fəallıqları ilə seçilən bir neçə gənclər təşkilatları, həmçinin, gənclərlə iş sahəsini işıqlandırdığı üçün 6 kütləvi informasiya vasitəsi mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti