...

Millətçi Demokratlar Hərəkatı müxalifəti yanlış siyasət yetirməkdə günahlandırır

Siyasət Materials 1 Fevral 2006 17:17 (UTC +04:00)

Millətçi Demokratlar Hərəkatının (MDH) ali orqanı olan İdarə Heyəti yaradılıb. Bu barədə Trend ə MDH-dən məlumat verilib. Yanvarın 31-də Hərəkatın ümumi yığıncağı keçirilib və orada təşkilati məsələlər, 13 mayda keçiriləcək təkrar parlament seçkiləri və cari məsələlər müzakirə edilib. MDH-nin təsisçilərindən ibarət ali orqan kimi İdarə Heyətinin təşkil olunması haqqında qərar qəbul edilib.

Qurumun İdarə Heyətinə AXCP (klassiklər) sədri Mirmahmud Mirəlioğlu, Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan, Çağdaş Turan Partiyasının sədri Arif Tağı, Güney Azərbaycan Milli Hərəkatını Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu, Bütöv Azərbaycan Yolu təşkilatının rəhbəri Ülvi Həkim, Qərbi Azərbaycan Azadlıq Hərəkatının sədri Köçəri Nağıbəyli, Gənc Mühafizəkarlar Liqasının sədri Rəşad Aydın, Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupunun üzvləriTofiq Seyid və Mirmövsüm Mahmudlu daxil edilib.

Toplantıda Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 122-ci ildönümü də qeyd olunub və böyük öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidəsinin ucaldılması və digər tədbirlərin həyata keçirilməsi üçün dövlət orqanlarına, ictimai-siyasi təşimlatlara müraciət edilməsi qərara alınıb. Ölkədaxili vəziyyət müzakirə edilərkən MDH üzvləri müxalifəti ölkə vətəndaşlarının inamından sui-istifadə etməkdə günahlandırıb. Qurumun təsisçiləri hesab edir ki, müxalifət liderləri bütün gözləntilərin istiqamətini xaricə və Buş administrasiyasına yönəltməklə yanlış siyasət yeridirlər, üzərlərinə düşən yükün məsuliyyətini dərk etmirlər.

Xəbər lenti

Xəbər lenti