...

Gəncədə çöl quşları kütləvi şəkildə məhv olmağa başlayır

Siyasət Materials 1 Fevral 2006 18:41 (UTC +04:00)

Yanvarın 31-dən başlayaraq Gəncənin mərkəzi hissəsində, Xan bağı ərazisində qarğalar kütləvi şəkildə məhv olmağa başlayıb. Bu gün səhər saatlarında isə parkın hər addımbaşında qarğa cəsədlərinə rast gəlinir. Şəhər Baytarlıq idarəsinin əməkdaşı, baytarlıq elmləri namizədi Salman Culfayevin Trend ə verdiyi məlumata görə, onlar laboratoriyada cəsədləri müayinə edib və məlum olub ki, çöl quşlarının ölümünə səbəb orlitoz xəstəliyidir.Culfayev bildirdi ki, xəstəliyin törədicisi virusdur. Bu virus uzun müddət quşların orqanizmində qalır və havalar şaxtalı keçdikdə, quşların qidalanması pis olduqda xəstəlik baş qaldırır. Orlitoz xəstəliyinin kliniki əlaməti tüklərin pırpızlaşması, qanadların sallanması və kefsizlikdir. Baytarlıq elmləri namizədi qeyd edir ki, əgər ölmüş qarğaların cəsədləri yığılıb yandırılmasa virus torpaqda həşəratlara və siçovullara da keçə bilər. Son nəticədə orlitoz xəstəliyi daha geniş yayıla bilər. Alim onu da əlavə edir ki, əgər bu xəstəlik ev quşlarında olarsa müəyyən tədbirlər görmək ola.
Çöl quşlarında isə heç bir mübarizə tədbiri görmək mümkün deyil.

Xəbər lenti

Xəbər lenti