...

Elmar Hüseynov Fondu bu həftə piket keçirməyəcək

Siyasət Materials 1 Fevral 2006 19:03 (UTC +04:00)

Fevralın 2-də Elmar Hüseynov Fondunun təsisçilərinin toplantısı keçiriləcək.

Bu barədə Trend ə Fondun təsisçilərindən olan Şahbaz Xuduoğlu məlumat verib. O, bildirib ki, toplantıda mərhum jurnalist Elmar Hüseynovun ölümünün ildönümü ilə əlaqədar həyata keçiriləcək tədbirlər müzakirə olunacaq.

Ş.Xuduoğlunun sözlərinə görə, Fondun təsisçiləri müvafiq qərarlar qəbul edəcək. Tədbirlər planına gələn həftə etiraz aksiyasının keçirilməsi, həmçinin qəzetlərdə təbliğat yazılarının, şüarların dərc edilməsi daxildir. "Ya piket formasında, ya da qəzet səhifələrində etiraz nümayiş olunacaq. Ola bilər ki, bu tədbirlərin hər ikisi həyata keçirilsin"-deyə Ş.Xuduoğlu bildirib.

Qeyd edək ki, Elmar Hüseynov Fondu martın 2-dək hər həftənin 4-cü günü piket keçirilməsinə qərar vermişdi. Ş.Xuduoğlunun sözlərinə görə, fevralın 2-də piket və ya hər hansı etiraz aksiyası keçirilməyəcək.

Xəbər lenti

Xəbər lenti