"Millət vəkili Aynur Camalqızının Müsavat Partiyası sıralarından uzaqlaşdırılması və bununla bağlı Səbail rayon məhkəməsinə etdiyi müraciətə əsasən apardığımız araşdırmanın nəticələrinin müzakirəsini fevralın 8-də davam etdirəcəyik". Bu barədə Trend ə Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli bildirib.
Qeyd edək ki, MNTK-nın iclası fevralın 1-də saat 19.00-da başa çatıb. İ.İbrahimli qeyd edib ki, A.Camalqızının mobil telefon nömrəsi dəyişdirildiyindən onunla əlaqə saxlamaq mümkün olmayıb: "Başqa bir şəxs vasitəsilə ona müraciət etmişik ki, gəlib bizi maraqlandıran sualları cavablandırsın. Ancaq müraciətimizin ona çatdırılıb-çatdırılmaması barədə məlumatımız yoxdur. Ona görə də müzakirələri fevralın 8-nə saxlamışıq".
Millət vəkili Aynur Camalqızı isə Müsavat partiyası tərəfindən ona heç bir müraciət daxil olunmadığını bildirib.