...

Prezident Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə sərəncam imzalayıb

Siyasət Materials 1 Fevral 2006 20:30 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə sərəncam imzalayıb. Trend xəbər verir ki, sərəncam Bakı şəhərində nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların inşası, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə verilib.

Sərəncamda Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planının təsdiq edilməsi öz əksini tapıb və maliyyələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti