...

Azərbaycan prezidenti Astara və Lənkəran rayonlarına səfər edəcək

Siyasət Materials 2 Fevral 2006 13:28 (UTC +04:00)

Fevralın 3-də prezident İlham Əliyev respublikanın cənub rayonlarına səfər çərçivəsində Astara rayonunda modul elektrik stansiyasının açılış mərasimində iştirak edəcək. Bu barədə Trend ə Astara rayon İcra hakimiyyəti başçısının birinci müavini Məzahir Hüseynov məlumat verib.

"Stansiya şəhərin 10 km-də Ərkivan qəsəbəsi yaxınlığında yerləşib. Səfər çərçivəsində digər obyektlərə baş çəkilməyəcək", - deyə o bildirib.

Bununla yanaşı Lənkəran rayon İcra hakimiyyətində qeyd olunub ki, prezidentin səfəri ərəfəsində rayonda abadlıq işləri aparılır və bu işlər artıq başa çatmaq üzrədir. Lənkəranda hər hansı obyektin açılışı gözlənilmir.

Qeyd edək ki, Astara rayonunda elektrik stansiyası 10 moduldan ibarətdir və "Azərenerji" SC ilə Finlandiyanın Wartsila şirkəti arasında 450 MVt gücündə 5 elektirk stansiyasının inşasına dair saziş çərçivəsində tikilib.

Xəbər lenti

Xəbər lenti