...

Anatoli Kinax: Ukrayna və Azərbaycan əməkdaşlığı müxtəlif sahələrdə inkişaf etdirəcək

Siyasət Materials 2 Fevral 2006 14:29 (UTC +04:00)

Ukrayna və Azərbaycan əməkdaşlığı gücləndirmək, o cümlədən, energetika, nəqliyyat, aqrosənaye kompleksi və hərbi-tezniki sahələrdə inkişaf etdirmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə Bakıda Ukraynanın Milli təhlükəsizlik və müdafiə Şurasının katibi Anatoli Kinax Azərbaycan rəhbərliyi ilə fevralın 1-də və 2-də apardığı danışıqları şərh edərkən bəyan edib.

A.Kinax qeyd edib ki, Ukrayna bütün istiqamətlərdə yüksək texniki və elmi -istehsal bazasına, eləcə də yüksək peşəkar kadrlara malikdir. "Biz bu əməkdaşlığı sözdsüz ki, dərinləşdirəcəyik", - deyə o qeyd edib. O, tərəflərin 2005-ci ildə 2004-cü illə müqayisədə 40% təşkil edən ikitərəfli mal dövriyyəsinin artım dinamikasını cüylnədirmək niyyətində olduğunu əlavə edib.

Enerji sahəsinə gəldikdə Kinax qeyd edib ki, Azərbaycan Ukrayna ilə "Odessa-Brodı-Plotsk-Qdansk" neft kəmərinin layihəsinin reallaşdırılması ilə bağlı əməkdaşlıq edəcək. Bundan əlavə, onun sözlərinə görə, tərəflər Azərbaycandan, Gürcüstandan, Qara dənizdən, Ukraynadan keçməklə Orta Asiyadan və Xəzər regionu dövlətlərindən təbii qazın tədarükü marşurutunu çox perspektivli hesab edirlər. Kinax qeyd edib ki, bu məqsədlə yaxın vaxtlarda GUAM üzvü olan ölkələrin energetika nazirlərinin iclası keçiriləcək. O bildirib ki, GUAM xüsusiilə tranzit və nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və digər məsələlərdə regional əməkdaşlığın təkmilləşdirilməsinin tərəfdarıdır.

"Biz Azərbaycan rəhbərliyi ilə həm siyasi, həm də iqtisadi məsələlərdə tam qarşılıqlı anlaşmaya nail olduq", - deyə Kinax qeyd edib. O, tərəflərin Bakıda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası ikitərəfli komissiyanın iclasının keçirilməsini tezləşdirməyi qərar aldıqlarını, eləcə də ən qısa bir vaxtda Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfərinin tarixini razılaşdırması, xarici işlər nazirləri xətiti ilə fevralın 20-də Bakıda əlaqələndiricələrin iclasının keçirilməsi ilə bağlı razılıq əldə etdiklərini xatırladıb.

Bundan əlavə, Kinax fevralda Ukrayna-Azərbaycan - Azərbaycan -Ukrayna Dostluq Evinin açılacağını xüsusi qeyd edib. Beləliklə də, həm Bakıda, həm də Kiyevdə mədəni və işgüzar səviyyələrdə xalq diplomatiyası metodları həyata keçiriləcək. Bu barədə "UNİAN" məlumat verib.

Xəbər lenti

Xəbər lenti