...

Asim Mollazadə Beynəlxalq Böhran Qrupunun Azərbaycan bürosunun rəhbəri ilə görüşüb

Siyasət Materials 2 Fevral 2006 14:50 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə partiyanın mənzil-qərargahında Beynəlxalq Böhran Qrupunun Azərbaycan bürosunun rəhbəri Sabina Freyzerlə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycandakı mövcud ictimai-siyasi durum və Avropa Birliyinin Yeni Qonşuluq Siyasəti müzakirə olunub.

DİP sədri, həmçinin,Bakı Müharibə Əlil və Ieteranları İctimai Birliyinin sədri Fuad Rzayev və qurumun digər üzvləri ilə də görüş keçirib. Görüşdə Azərbaycandakı müharibə veteranlarının vəziyyəti, onların qarşılaşdığı problemlər, əlillərə və şəhid ailələrinə ünvanlı sosial yardımla bağlı proqram müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti