...

Ukraynanın Təhlükəsizlik Şurasının katibi Bakıda prezident Viktor Yuşşenkonun Azərbaycana qarşıdakı səfərini müzakirə edib

Siyasət Materials 2 Fevral 2006 15:03 (UTC +04:00)

Eenerji təhlükəsizliyi məsələləri və dondurulmuş münaqişələrin həlli Ukraynanın Təhlükəsizlik Şurasının katibi Anatoli Kinaxın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ykeçirilən görüşünün gedişində diqqət mərkəzində olub.

Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili İqor Kizima məlumat verib.

İ.Kizimanın sözlərinə görə, görüşdə Anatoli Kinax bir daha Ukraynanın nəqliyyat dəhlizlərinin inkişafı ideyasına sadiq olduğunu təsdiq edib. Diplomatın sözlərinə görə, Ukraynanın Təhlükəsizlik Şurasının katibi həmçinin, Ukrayna rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü və sülh yolu ilə hüquqi həlli ilə bağlı mövqeyini təsdiqləyib.

A.Kinax səfərinin ikinci günü Bakıda Azərbaycanan baş naziri Artur Rasizadə ilə görüşü keçirilib. Dünən axşam isə o, prezident İlham Əliyevlə, prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və baş nazirin müavini Abbas Abbasovla görüşü olub. A.Kinaxın səfəri başa çatıb və günün ikinci yarısı o Bakını tərk edəcək.

Danışıqlar gedişində tərəflər həmçinin, Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana qarşıdakı səfərini müzakirə ediblər. İ.Kizima bildirib ki, məsələ qarşıdakı səfərin tarixini müəyyən etmək mərhələsindədir, Azərbaycan tərəfi prezident İlham Əliyevin iş qrafikini nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti