...

Əli Əliyev səfirliklərə və beynəlxalq təşkilatların yerli ofislərinə müraciət edib

Siyasət Materials 2 Fevral 2006 17:31 (UTC +04:00)

Əli Əliyevin sədri olduğu Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərinə və beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə Trend ə Əli Əliyev məlumat verib. O bildirib ki, müraciətdə AMİP daxilində baş verən proseslər barədə açıqlama verilir, həmçinin, beynəlxalq qurumların yerli ofisləri bu partiyanın yeni hüquqi ünvanı, koordinatları, yeni təyinatlar haqqında məlumatlandırılır.

Əli Əliyev qeyd edib ki, Ədliyyə Nazirliyinə yenidən müraciət hazırlayıb və sənəddə partiya daxilində baş vermiş hadisələr haqqında geniş məlumat verilir. AMİP sədri Ədliyyə Nazirliyindən partiya ilə bağlı yaranmış vəziyyətin araşdırılmasını və obyektiv qərar çıxarılmasını xahiş edir.

Ə.Əliyev bildirib ki, bu məsələlər həllini tapdıqdan sonra partiyasına qərargah verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Xəbər lenti

Xəbər lenti