...

Araz Əzimov: Dağlıq Qarabağın yenidən inteqrasiyası Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasının yeganə yoludur

Siyasət Materials 2 Fevral 2006 18:38 (UTC +04:00)
Araz Əzimov: Dağlıq Qarabağın yenidən inteqrasiyası Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasının yeganə yoludur

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının yeganə mümkün yolu Dağlıq Qarabağın Azərbaycanın digər hissəsinə yenidən inteqrasiyasıdır. Trend in məlumatına görə, belə bir mövqe fevralın 2-də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıya səfərinin yekunlarına həsr olunan brifinqdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov tərəfindən səsləndirilib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycanın mövqeyində heç dəyişiklik baş verməyib və prezident İlham Əliyev Ermənistan prezidenti R.Köçəryanla qarşıdakı görüşü zamanı onu bir daha səsləndirəcək.

Azərbaycanın XİN rəhbəri müavininin sözlərinə görə, son vaxtlar beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük maraq göstərməsi hiss olunur ki, "bu da münaqişənin həllində öz rolunu oynayan təkandır".

Eyni zamanda, A.Əzimov bildirib ki, Azərbaycan və Ermənistanın mövqelərindəki fərq açıq xarakter alır və tərəflər "fövqəladə üsullardan" kənar olmalıdırlar. Onun sözlərinə görə, Dağlıq Qarabağ respublikanın ayrılmaz ərazisidir və Azərbaycanın ərazi bütövlüyü rəsmi Bakı üçün müzakirə predmeti deyil. "Bu ərazinin Azərbaycan ayrılmasında israr etmək mövcud vəziyyəti kökündən dəyişdirən və regional təhlükəsizliyə zərbə endirən bir mövqedir", - deyə o bildirib.

Regionda sülhməramlı qüvvələrin yerləşdirilməsinə toxunan A.Əzimov qeyd edib ki, bu məsələ hələlik tərəflər arasında müzakirə olunmur. Hərçənd ki, bu addım bir sıra şərtlərlə, o cümlədən, Azərbaycanın işğal olunmuş əraziləri azad olunmalı, minalardan təmizlənmə tədbirləri, qaçqınların və məcburi köçkünlərin regiona qayıtması, kommunikasiya xəttlərinin bərpası və s. müşahidə olunmalıdır.

"Prinsip etibarilə, qüvvələrin yerləşdirilməsi 90 gün və ya 2 ay vaxt apara, uzana da bilər. Bütün bu məsələlər yekun razılaşmada öz əksini tapacaq", - deyə sonda A.Əzimov bildirib.

Xəbər lenti

Xəbər lenti