...

Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleyada komissiya sədri seçilib

Siyasət Materials 2 Fevral 2006 18:53 (UTC +04:00)

"Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) sosial siyasət və insan haqları daimi komissiyasının sədri seçilib". Bu barədə Trend ə Azərbaycanın MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov bildirib.

Qeyd edək ki, fevralın 2-də Sankt-Peterburqda MDB PA-nın növbəti iclası keçirilib. İclasın gündəliyində 10 məsələnin müzakirə edildiyini deyən A.Cəfərov bu sıraya Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan zərər çəkən vətəndaşların sosial müdafiəsinin qanunvericilik təminatı, diabet xəstəliyi ilə bağlı dövlət proqramı, MDB katibliyinin tərkibində Demokratik İnkişafın Monitorinqi üzrə Beynəlxalq İnstitutun yaradılması məsələlərinin də daxil edildiyini bildirib.

MDB PA-nın növbəti iclası isə Kişinyovda martın sonlarında keçiriləcək. Onu da bildirək ki, MDB PA-da 10 komissiya fəaliyyət göstərir. Assambleyaya üzv olan hər bir dövlətin nümayəndəsi bir komissiyaya rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti