...

YAP Gürcüstanın Milli Hərəkat Partiyası ilə əməkdaşlıq edəcək

Siyasət Materials 2 Fevral 2006 19:15 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyası (YAP) ilə Gürcüstan prezidenti Mixail Saakaşvilinin sədri olduğu Milli Hərəkat Partiyası arasında qarşılıqlı əlaqələrin yaradılması və daha da inkişaf etdirilməsi barədə ilkin razılıq əldə olunub". Bu barədə Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bu razılaşma fevralın 2-də Gürcüstan parlamenti sədrinin müavini Cemal İnaişvili ilə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov arasında görüşdə əldə olunub.

Görüşdə ölkələrimiz arasında yaxın dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu, inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Gürcüstanın üzləşdiyi enerji böhranı zamanı Azərbaycan tərəfindən edilən yardımın ölkəsi üçün həyatı və mənəvi əhəmiyyətini yüksək qiymətləndirən vitse-spiker eyni zamanda mərhum prezident Heydər Əliyevin memarı olduğu regional enerji layihələrinin ölkələrimizin təhlükəsizliyi üçün strateji əhəmiyyətinin əvəzsiz olduğunu nəzərə çatdırıb.

Əli Əhmədov dost ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti