...

Zakir Qaralov Nardaranda baş vermiş qanlı olayla bağlı bəzi qüvvələrə xəbərdarlıq edib

Siyasət Materials 2 Fevral 2006 20:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov yanvarın 26-da Nardaran qəsəbəsində baş vermiş qanlı olayla bağlı bəzi qüvvələri xəbərdarlıq edib. Trend xəbər verir ki, Z.Qaralov jurnalistlərlə söhbətində qeyd edib ki, həmin qüvvələr baş vermiş hadisəni Nardaran sakinləri ilə iqtirdar arasında qarşıdurma kimi təqdim etmək istəyirlər.

"İki polis zabiti vəifələrini icra edərkən qətlə yetiriliblər. Prokuroluq tərəfindən cinayət işi qaldırılıb. Cinayətin başvermə səbəbləri və cinayətdə iştirak etmiş bütün şəxslərin müəyyən edilməsi istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir. Hazırda iki nəfər həbsdə, 4 nəfərsə axtarışdadır. Təəssüf ki, bəzi qüvvələr bu qanlı olaydan öz çirkin məqsədlərni üçün istifadə etmək istəyirlər. Cinayətlə bağlı həqiqətə uyğun olmayan müxtəlif mülahizələr irəli sürürlər. "Mən bu məsələdən siyasi manipulyasiyaları üçün istifadə edən həmin qüvvələri xəbərdarlıq edirəm ki, belə qeyri-insani hərəkətlərindən əl çəksinlər".

Zakir Qaralov Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun cinayət işi üzrə istintaqın yekunlaşmaq üzrə olduğunu bildirib. "Bu ayın sonuna qədər istintaq başa çatacaq", - deyə baş prokuror bildirib.

Baş prokuror ötən il dekabrın sonunda Bakıda baş vermiş təyyarə qəzası ilə bağlı da açıqmala verib. O, bildirib ki, məlumat qutusu açılıb, mütəxəssislər qutunun yazılarını tam şəkildə kospüterə köçürüblər.

"Hazırda yekun rəyi gözləyirik. Artıq zərərçəkmiş şəxslərin hamısının şəxsiyyətinin müəyyənləşdirilməsi, tibbi ekspertizaların həyata keçirilməsi, uçuş pozulması ilə bağlı ekspertizaların nəticələri, aidiyyatı olan şəxslərin dindirilmələri başa çatıb" - deyə baş prokuror bildirib.

Xəbər lenti

Xəbər lenti