...

AMİP qurultaya hazırlıqla bağlı işlərini aprelin 15-dək yekunlaşdıracaq

Siyasət Materials 3 Fevral 2006 13:00 (UTC +04:00)

Aprelin 15-dək qurultayla bağlı işlərimizi yekunlaşdırmalıyıq. Bu barədə Trend ə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilat katibi Rəşad Bayramov bildirib.

R.Bayramov qeyd edib ki, AMİP Siyasi Şurasının yanvarın 29-da keçirilən iclasında qurultaya hazırlıqla bağlı qəbul edilən təlimata əsasən fevrlanı 10-dan martın 1-ədək partiyanın özəklərində iclaslar keçiriləcək: "Bu iclaslar qurtarandan sonra martın 1-dən aprelin 15-dək partiyanın rayon və şəhər təşkilatlarında konfranslar keçiriləcək və qurultaya nümayəndələr seçiləcək".

AMİP rəsmisi onu da vurğulayıb ki, qurultaya hazırlıqla bağlı son mərhələ aprelin 15-dək yekunlaşmalıdır. Qurultay isə aprelin son on günlüyündə keçiriləcək. R.Bayramov onu da bildirib ki, pratiyanın lideri Etibar məmmədov mütəmadi olaraq rəhbərliklə əlaqə saxlayıb qurultaya hazırlıq işləri ilə maraqlanır.

Xəbər lenti

Xəbər lenti