...

Azərbaycan prezidenti Astara rayonundakı modul elektrik stansiyasının açılışında iştirak edib

Siyasət Materials 3 Fevral 2006 13:13 (UTC +04:00)
Azərbaycan prezidenti Astara rayonundakı modul elektrik stansiyasının açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev fevralın 3-də Astara rayonundakı modul stansiyanın açılışında iştirak edib. Trend in ANS telekanalına istinadən verdiyi xəbərə görə, açlışı mərasimində dövlət başçısı modul elektrik stansiyasının açılışının ölkə regionlarının enerji təchizatındakı qıtlığı aradan qaldırmağa yönəlib. Onun sözlərinə görə, bu tip elektrik stansiyaları beş regionda, o cümlədən, Naxçıvan, Şəki, Xaçmazda da tikiləcək və beləliklə də 500 MVt-lıq elektrik enerjisinə tələbat ödənriləcək.

İlham Əliyev həmçinin bildirib ki, ölkədə 340 min yeni iş yeri açılacaq və yoxsulluğun səviyyəsinin aşağı düşməsi məqsədilə əhəmiyyətli işlər həyata keçiriləcək. Onun sözlərinə görə, 2006-cı ildə əmək haqlarının və pensiyaların növbəti artımı ilə bu səviyyə daha da aşağı düşəcək.

Qeyd edək ki, stansiya Astaranın 10 km-də, Ərkivan qəsəbəsinin yaxınlığında yerləşir. O 10 modul stansiyadan ibarətdir və "Azərenerji" SC ilə Fıinlandiyanın Wartsila şirkəti arasında ümumi gücü 450 MVT olan beş elektrik stansiyasının ttikintisi ilə bağlı razılaşmanın reallaşdırılması əsasında həyata keçirilib. Modul elektrik stansiyasında yanacağın məsrəfi 270 q şərti yanacaq təşkil edir

Qurğunun Əlavə Fəaliyət Əmsalı (ƏFƏ) 45,5-46%-dir. Bu zaman o, onun bütün istismarı dövründə azalmır.

Xəbər lenti

Xəbər lenti