...

"Statistika haqqında" qanuna əlavə və dəyişikliklər edilir

Siyasət Materials 3 Fevral 2006 13:17 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev "Statistika haqqında" "AR qanununa əlavə və dəyişikliklərin edilməsi barədə" qanunun tətbiqinə dair fərman imzalayıb.

Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Statistika haqqında" "Qanuna əlavə və dəyişikliklərin edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini prezidentə təqdim etmək tapşırılır.

Nazirlər Kabineti, həmçinin, özünün və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə prezidentə məlumat verməlidir.

Xəbər lenti

Xəbər lenti