...

İlham Əliyev Lənkəran müalicə diaqnostika mərkəzinə baş çəkib

Siyasət Materials 3 Fevral 2006 15:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev respublikanın cənub raiyonlarına səfəri çərçivəsində fevralın 3-də Aənkəran müaliə diaqnostika mərkəzinin tikildiyi əraziyə baş çəkib. Bu barədə Trend "AzTV" telekanalına istinadən məlumat yayıb.

Tikintinin podratçı şirkətinin nümayəndəsi Məhsul Məmmədov dövlət başçısını tikintinin gedişi barədə məlumatlandırıb və Lənkəranda inşaat işlərinin 2005-ci ilin sentyabrında Dövlət Nefğt Şirkətinin maliyyə dəstəyi ilə başlanıldığını bildirib. Onun sözlərinə görəÖ hazırda tikinti işləri başa çatmaq üzrədir.

Tikintinin smeta dəyəri 32 milyard manat təşkil edir və inşaat işlərinə 170 nəfər cəlb edilib. Mərkəz Almanyianın "Siemens" şirkətinin 2,7 miyon dollarlıq tibbi texnikası ilə təchliz ediləcək.

Qeyd edək ki, əsas istiqamətlərdə müalicə-diaqnostika mərkəzi böyrək çatışmamazlığının müalicəsi ilə məşğul olacaq. Mərkəzdə, həmçinin, oftalmologiya, kompyuter tomoqrafiyası və kardiologiya kabinetləri də fəaliyyət göstərəcək.

Lənkəran müalicə- -diaqnostika mərkəzi 2006-cı ilin birinci yarısında istismara veriləcək.

Xəbər lenti

Xəbər lenti