...

Mirmahmud Mirəlioğlu Vahid Milli Güc Mərkəzini formalaşdırmaq üçün danışıqlar aparır

Siyasət Materials 3 Fevral 2006 15:43 (UTC +04:00)

Vahid Milli Güc Mərkəzinin formalaşdırmaq üçün partiya sədrləri ilə danışıqlar aparırıq. Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) (klassiklər) sədri Mirmahmud Mirəlioğlu bildirib.

M.Mirəlioğlu qeyd edib ki, ancaq hələlik danışıqların bir nəticəsi yoxdur: "Biz bu təşəbbüsdə çoxdan olmuşuq. Təəssüflər ki, milli maraqlardan çıxış edən mərkəzçi, sağçı və solçuları bir arada birləşdirə bilmədik". Partiya sədri onu da vurğulayıb ki, parlament seçkilərindən öncə bu danışıqlarda eyniadlı partiyanın (islahatçılar) sədri Əli Kərimli də iştirak edib: "Lakin seçkilərdən sonra aparılan danışıqlara hansısa səbəblər üzündən qatılmayıb".

AXCP (k) sədri onu da bildirib ki, Müsavat Partiyası ilə bağlı yenidən əməkdaşlıq bu və ya digər istiqamətdə edilə bilər. "Hətta bu barədə danışıqlarımız da gündəmdədir" - deyən M.Mirəlioğlu lakin bu istiqamətlərin nə mahiyyət daşıyacağı barədə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti