...

Bir çox seçki məntəqələri seçici siyahılarını DSK-na təhvil veriblər

Siyasət Materials 3 Fevral 2006 16:10 (UTC +04:00)

Ölkə üzrə bir çox seçki məntəqələri seçici siyahılarının iqəqləşdirilməsi işini başa çatdırıb və siyahıları Dairə Seçki Komissiyalarına (DSK) təhvil veriblər. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edək ki, bütün məntəqələrin seçici siyahılarını diqəqləşdirməsi prosesi fevralın 5-də başa çatacaq. Bundan sonra DSK-lar həmin siyahılar üzərində işləyəcək və yekun variantı Mərkəzi Seçki Komissiyasına təhvil verəcək. MSK tərəfindən də dəqiqləşdirilmələr aparıldıqdan sonra məntəqə seçki komissiyalarına geri qaytarılacaq.

13 mayda keçiriləcək təkrar parlament seçkisində iştirak edən namizədlərin sayı isə hələlik 74 nəfərdir.

Xəbər lenti

Xəbər lenti