...

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Astara və Lənkəranda bir sıra görüşlər keçirib

Siyasət Materials 3 Fevral 2006 16:12 (UTC +04:00)

Trend bildirir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, AR Milli Məclisinin deputatı Mehriban Əliyeva fevralın 3-də Astara rayonuna səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Heydər Əliyev Fondunun prezidenti orta tədris müəssisələrinin "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində tikinti prosesi ilə tanış olub. Mehriban Əliyevaya Heydər Əliyev Fondunun təşəbbüsü ilə Astara rayonunda 3 məktəbin, eləcə də bu məktəblərdən ikisinin ucqar kəndlərdə tikilməsi barədə məlumat verilib. Bütün məktəblər lazımi avadanlıq və məktəb ləvazimatı ilə təmin edilib.

Fondun prezidenti yeni məktəb binası, siniflərlə tanış olub, tədris prosesi ilə maraqlanıb, məktəbin idman zalına baş çəkib, sakinlərlə görüşüb.

Mehriban Əliyeva həm də Lənkəranda olub. Burada o, Fondun proqramının rayonda gerçəkləşdirilməsi ilə tanış olub. Məktəblərə yeni məktəb ləvazimatları verilib.

Xəbər lenti

Xəbər lenti