...

Beynəlxalq ekspertlər Bakıda Azərbaycanın əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarının siyahısını müzakirə edib

Siyasət Materials 3 Fevral 2006 16:25 (UTC +04:00)

Azərbaycanın əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasında əsir, girovların azad edilməsi və itkin düşənlərin axtarışı üzrə Beynəlxalq işçi qrupunun nümayəndələri ilə görüş keçirilib. Bu barədə Trend "AzərTAc"a istinadən bildirir.

Görüşdə əsirlərin azad edilməsi və itkin düşənlərin axtarışı ilə bağlı səylərin artırılmasına yönəldilmiş tədbirlərə dair fikir mübadiləsi aparılmış, habelə Azərbaycanın Dövlət Komissiyasının İşçi Qrupuna təqdim etdiyi siyahılar təfərrüatı ilə nəzərdən keçirilib.

Bu sahədə əməkdaşlığın davam etdirilməsinə dair qərar qəbul edilib. Görüşdə əsir, girovların azad edilməsi və itkin düşənlərin axtarışı üzrə Beynəlxalq işçi qrupunun həmsədrləri, eləcə də həmin təşkilatın regional koordinatoru iştirak edib.

Xəbər lenti

Xəbər lenti