...

Demokratik İslahatlar Partiyası "Qızıl Buta" mükafatına layiq görülüb

Siyasət Materials 3 Fevral 2006 16:41 (UTC +04:00)

Demokratik Azərbaycanlılar İctimai Mərkəzinin keçirdiyi "Qızıl Buta" Müstəqil Milli Mükafatı uğrunda sorğunun nəticələrinə görə, ilin siyasi təşkilatı nominasiyası üzrə qalib Demokratik İslahatlar Partiyası olub. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

Partiya və onun sədri Asim Mollazadə Azərbaycanda Avropa standartlarına uyğun yeni partiya yaratmaq istiqamətindəki xidmətlərinə görə birinci yerə layiq görülüb. Demokratik Azərbaycanlılar İctimai Mərkəzinin rəhbəri Zaur Mirzə DİP-in mənzil-qərargahında "Qızıl Buta" mükafatını Asim Mollazadəyə təqdim edib.

Xəbər lenti

Xəbər lenti