...

İlyas İsmayılov fevralın 10-dan sonra 106 saylı dairədən imza vərəqələrini götürəcək

Siyasət Materials 3 Fevral 2006 16:43 (UTC +04:00)

Ədalət Partyasının sədri İlyas İsmayılov fevralın 10-dan sonra 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən imza vərəqələrini götürəcək. Bu barədə Trend ə İlyas İsmayılov məlumat verib. O, bildirib ki, 13 mayda keçiriləcək təkrar parlament seçkisində bu dairədən namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Ədalət Partiyasından İ.İsmayılovun təkrar seçkidə iştirakla bağlı tərəddüd etdiyini bildiriblər. Buna aydınlıq gətirən İlyas İsmayılov deyib ki, onun tərəddüd etməsi ötən il 6 noyabr seçkilərinin nəticələri ləğv olunan 106 saylı seçki dairəsində yol verilmiş qanun pozuntularıdır: "həmin dairədə qanun pozuntusuna, seçkiyə müdaxiləyə yol verən icra orqanları, dairə və məntəqə seçki komissiyaları cəzalandırılmadı. Ona görə hesab edirəm ki, görə komissiyaların həmin tərkibi eynilə qalacaqsa, icra nümayəndələri yenə də seçki prosesinə müdaxilə edəcəksə, orada azad, demokratik seçki keçiriləcəyi şübhə altında qalır"-deyə partiya sədri bildirib.

İ.İsmayılov qeyd edib ki, özündən başqa Ədalət Partiyasının digər üzvləri də təkrar seçkidə iştirak edir və 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami (Gəncə) ikinci seçki dairələrindən artıq namizədliklərini irəli sürüblər.

Xəbər lenti

Xəbər lenti