...

Əfşar Suleymani: ABŞ-ın İrana qarşı müharibəyə başlayacağını düşünmürəm

Siyasət Materials 3 Fevral 2006 17:41 (UTC +04:00)
Əfşar Suleymani: ABŞ-ın İrana qarşı müharibəyə başlayacağını düşünmürəm

Biz inanırıq ki, Azərbaycan İrana hücum üçün öz ərazilərindən istifpadə olunmasına icazə verməyəcək. Trend in məlumatına görə, bu barədə fevralın 3-də İran islam inqilabının ildönümünə həsr olunmuş mətbuat konfransında bu ölkənin Azəçrbaycandakı səfiri Əfşar Süleymani bəyan edib.

Onun sözlərinə görə, bunu bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev özü təsdiqləyib. Diplomat qəti əmindir ki, əgər ABŞ İrana hücum etmək barədə qərara gələrsə, nə regionda, nə də dünyada heç bir dövlət Vaşinqtonu dəstəkləməyəcək. O, həmçinin, qeyd edib ki, ABŞ-ın İrana qarşı müharibəyə başlayacağını düşünmür.

"İranın nüvə proqramı beynəlxalq çərçivəyə malikdir və indiyə kimi MAQATE-nin heç bir eksperti İranda atom silahının mövcudluğunu bəyan etməyib", -deyə səfir bəyan edib. O, MAQATE rəhbərliyinin mövqeyini tam başa düşülmədiyini ifadə edərək bu təşkilvtın "güclü dövlətlərin təzyiqi altında olduğunu və öz müstəqil mövqeyinin olmadığını" bəyan edib.

Xəbər lenti

Xəbər lenti