...

Gəncədə məktəb direktorları dəyişdirilir

Siyasət Materials 3 Fevral 2006 19:53 (UTC +04:00)

Fevralın 3-də Gəncə şəhərində 22 və 27 saylı orta məktəblərin direktorları Yadigar Məmmədova və Valeh Mirzəyev vəzifələrindən azad edilib. Gəncə şəhər təhsil idarəsinin müdiri Cəlal Fətullayevin Trend in regional bürosuna verdiyi məlumata görə, onlar işlərində yol verdiyi nöqsanlara (müəllimlərin əmək haqlarından böyük məbləğdə pul tutdulması, sinif fondları adına uşaqlardan pul tələb olunduğu, onlara dərslikləri pulla satıldığı və s. kimi rüşvətxorluq halları aşkarlanıb) görə cəzalandırılıb.

C.Fətullayev əlavə etdi ki, bu kompanya davam etdiriləcək: "Şəhərin bir neçə təhsil ocağı var ki, orda da direktorlar işlərinə məsuliyyətsiz yanaşır və həmin məktəblərdə tədrisin səviyyəsi çox aşağıdır". Bu sözləri də təhsil idarəsinin müdiri bildirib. Maraqlısı isə budur ki, işdən çıxarma kompaniyası C. Fətullayevin nazirlikdə bu günlərdə keçirilən kollegiya iclasında iştirakından sonra başlayıb.

Qeyd edək ki, həmin iclasda Gəncə məktəblərində tədrisin aşağı səviyyədə olması haqqında C. Fətullayevə ciddi iradlar bildir
ilib.

Xəbər lenti

Xəbər lenti