...

Əfşar Süleymani: "Azərbaycan ilə İran arasında mal dövriyyəsini artırmaq üçün böyük imkanlar var"

Siyasət Materials 4 Fevral 2006 11:45 (UTC +04:00)

"Son məlumatlara görə, Azərbaycan və İran arasında mal dövriyyəsinin həcmi $450-500 mln təşkil edib, amma bu son imkan deyil". Trend in xəbər verdiyi kimi, bu barədə İran İslam inqilabının 27-ci illiyinə həsr olunmuş mətbuat konfransında İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bəyan edib.

Səfirin sözlərinə görə, bu məbləğin $360 mln-nu İrandan Azərbaycana, yerdə qalanı isə Azərbaycandan İrana həyata keçirilmiş ixracın payına düşür. O, hər iki ölkə arasında ikitərəfli iqtisadi, mədəniyyət və humanitar sahələrdə münasibətlərin səviyyəsindən razı qaldığını bildirib. Hər il İran və Azərbaycan vətəndaşlarının bu ölkələrə gəliş-gedişi üzrə göstərici artır. Belə ki, keçən ilin yekunlarına görə, bu rəqəm təxminən 1 mln nəfər təşkil edib. Hər gün İranın Azərbaycandakı Konsul İdarəsi Azərbaycan vətəndaşlarına 150-200 viza verir.

İran regional layihələrdə və beynəlxalq təşkilatlarda Azərbaycanla əməkdaşlığın genişlənməsinin tərəfdarıdır, - deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, İran iqtisadiyyatı sürətlə inkişaf edir, ÜDM-in səviyyəsi artaraq $114 mlrd-a çatıb, illik büdcə $40 mlrd təşkil edir, ölkədə xarici sərmayəçilərin iştirakı ilə 160 layihə həyata keçirilir. İranda 3000-ə qədər qəzet və jurnal nəşr olunur, 40-dan çox televiziya kanalının proqramları yayımlanır.

Xəbər lenti

Xəbər lenti