...

Əli Həsənov: "Parlament fevralın 10-dək Azərbaycanın Mərkəzi Seçki Komissiyasının formalaşması məsələsinə baxmalıdır"

Siyasət Materials 4 Fevral 2006 14:20 (UTC +04:00)

"Azərbaycanın Milli Məclisi (parlament) fevralın 10-na kimi Mərkəzi Seçki Komissiyasının formalaşması məsələsinə baxmalıdır". Trend in Space telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə prezident aparatının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov bəyan edib.

O xatırladıb ki, mövcud qanunvericilikdə 2006-cı il mayın 13-də keçiriləcək təkrar seçkilərə qədər 90 gün ərzində MSK-nın yeni tərkibinin, o cümlədən seçki dairələrinin formalaşması zərurəti göstərilir.

"Azərbaycanın MSK təkrar seçkilər prosesini müxalifət nümayəndələrinin istəklərinə uyğun olaraq təhlükə altına qoymamalıdır. Düşünürəm ki, parlament fevralın 10-dək MSK-nın formalaşması məsələsinə baxmalıdır və bu baş tutacaq",- deyə Ə.Həsənov qeyd edib.

Qeyd edək ki, 2005-ci il 6 noyabr parlament seçkiləri zamanı Seçki Məcəlləsində pozuntulara yol verilməsi faktlarının aşkarlandığı və Konstitusiya məhkəməsinin qərarı ilə səsvermənin nəticələrinin ləğv olunduğu 10 dairə üzrə təkrar seçkilər 2006-cı il mayın 13-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti