...

Azərbaycan parlamentinin nümayəndə heyəti Tiflisə yola düşüb

Siyasət Materials 6 Fevral 2006 12:10 (UTC +04:00)

Milli Məclisin birinci vitse-spikeri, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti Tiflisə yola düşüb. MM-dən Trend ə verilən məlumata görə, səfərdə məqsəd Corc Marşal Mərkəzi və Gürcüstan parlamentinin birgə təşkil etdiyi beynəlxalq konfransda iştirak etməkdən ibarətdir.

Cənubi Qafqaz və Baltikyanı ölkələrin parlamentləri üçün nəzərdə tutulmuş konfransda milli təhlükəsizlik siyasətində parlamentin iştirakı, silahlı qüvvələrə nəzarət, demokratik islahatlarla bağlı məsələlərə dair fikir mübadiləsi aparılacaq. Azərbaycan missiyasının nümayəndələri müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxış edəcək, öz fikir və təkliflərini bildirəcək. Bundan başqa Gürcüstan parlamentinin sədri Nino Burcanadze, xarici işlər nazirinin müavini və digər rəsmi şəxslərlə görüşlər planlaşdırılıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə deputatlar Azər Əmiraslanov, Siyavuş Novruzov, Azay Quliyev, Elman Məmmədov, Aydın Həsənov, Nazim Məmmədov və Əhəd Əhmədov daxildir. Səfər fevralın 10-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti