...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 6 Fevral 2006 13:03 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə, yanvarın 30-fevralın 3-də Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) növündən olan neftin bir bareli $57,22 təşkil edib ki, bu da bundan qabaqkı həftədəki (yanvarın 23-27-də) olan orta qiymətdən bir barel üçün $1,17 azdır .

Trend in məlumatına görə, ötən həftə URAL neftinin bir barelinin maksimal qiyməti $58,61 (fevralın 1-də) təşkil edib ki, bu da yanvarın 23-27-də bu neft növünə olan, yanvarın 23-də müəyyən edilmiş ən son hədd qiymətdən $1,04 çoxdur. Ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $55,22 (3 fevral) təşkil edib ki, bu da bundan qabaqkı həftə üçün yanvarın 26- da təyin edilmiş qiymətdən $1,99 azdır.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $64,17 təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $0,40 çoxdur. Yanvarın 30-da və fevralın 3-də Brent neftinin maksimal qiyməti $65,61 (1 fevral) təşkil edib ki, bu da bundan əvvəlki həftədə bu sortüçün müəyyən edilən son hədd qiymətdən $0,81 çoxdur. Ötən həftə Brent neftinin bir barelinin minimal qiyməti $62,19 (3 fevral) təşkil edib ki, bu da bundan qabaqkı həftə bu sort üçün yanvarın 27-də müəyyən edilmiş qiymətdən $0,42 azdır.

Ötən həftə URAL (EX-NOIO) neftinin bir bareli orta hesabla Brent -ə nisbətən bir bareli $6,95 ucuz satılıb ki, bu da yanıarın orta göstəricisindən $0,40 azdır.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

Ötən həftə ARDNŞ 2006-zcı ilin fevralında Novorossiysk limanından Urals sortundan olan FOB bazisli 60 min ton neftin satışı üzrə tender elan edib. Neft partiyasının fevralın 26-27-də Novorossiysk terminalındakı 6 və 7 saylı körpülərdən yüklənəcəyi gözlənilir. Tenderin nəticələri fevralın 8-də gözlənilir. 2005-ci ildə ARDNŞ Novorossiysk limanından 2004-cü ildəki 2,559 mln tona qarşı 1,631 mln ton neft yükləyib. 2005-ci ilin dekabrında Novorossiyskdən neft yüklənməsi bir ay əvvəlki 167,2 min tona qarşı və 2004-cü ilin dekabrındakı 166,3 min tona qarşı 86,5 min ton təşkil edib. 2005-ci ildə bütün şirkətlər arasında Glencore treyderi Novovrossiyskdən daha çox ARDNŞ-dən neft alıb - 557 min ton. Burada 2-ci mövqedə 464 min tonla LUKOIL şirkəti durur.

2006-cı ilin əvvəlindən ARDNŞ-in neft partiyalarını aşağıdakı şirkətlər alıb:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton).

Xəbər lenti

Xəbər lenti