...

Fevralın 7-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək

Siyasət Materials 6 Fevral 2006 14:31 (UTC +04:00)

Fevralın 7-də saat 12.00-da Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Aqşin Babayev bildirib.

İclasın gündəliyinə hansı məsələlərin daxi edilməsi barədə məlumatsız olduğunu deyən A.Babayev gündəliyin onlara hələ təqdim olunmadığını qeyd edib.

Milli Məclisin Aparatının rəhbərinin köməkçisi Aqşin Məmmədzadə də fevralın 7-də keçiriləcək iclasda hansı məsələlərin müzakirə olunacağı barədə məlumatsız olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti