...

"Bizim Azərbaycan" blokuna Demokratik Şəxsiyyətlər Partiyasının sədri Zakir Abbas sədrlik edəcək

Siyasət Materials 6 Fevral 2006 17:24 (UTC +04:00)

"Bizim Azərbaycan" blokuna fevralın 7-dən Demokratik Şəxsiyyətlər Partiyasının (DSP) sədri Zakir Abbas sədrlik edəcək. Bu barədə Trend ə adıçəkilən blokun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Müsavat Partiyasının sədri İsa Qəmbərin liderliyini qəbul etməyən "Bizim Azərbaycan" blokunun bir hissəsi sədrlik prinsipini rotasiya üsulu ilə həyata keçirir.

Yanvar ayında blokun sədri vəzifəsini İslam Demokrat Partiyasının sədri Tahir Abbas yerinə yetirib.

DSP sədrinin blokun rəhbəri seçilməsi ilə bağlı qərar fevralın 5-də keçirilən toplantıda qəbul edilib. "Bizim Azərbaycan" blokunun toplantısında Məclisin formalaşdırılması da müzakirə olunub. Qərara alınıb ki, bloka üzv olan partiyaların hər biri məclisdə 4 üzvlə təmsil olunsun.

Xəbər lenti

Xəbər lenti