...

2006-cı ildə Azərcell Telecom rabitə sahəsinə $94 milyona yaxın sərmayə qoymaq niyyətindədir

Siyasət Materials 7 Fevral 2006 15:17 (UTC +04:00)
2006-cı ildə  Azərcell Telecom rabitə sahəsinə $94 milyona yaxın sərmayə  qoymaq niyyətindədir

2006-cı ildə Azərcell Telecom birgə müəssisəsi (BM) rabitə sahəsinə $93, 572 000 investisiya qoymaq niyyətindədir. Trend in məlumatına görə, bu barədə fevralın 7-də mətbuat konfransında BM-nin rəhbəri Sərdar Canoğulları mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu vəsait əsas etibarilə, şirkətin abunə şəbəkəsinin genişləndirilməsinə yönələcək. "Bununla yanaşı, bu il şirkət yeni texcnologiyaların tətbiqini davam etdirəcək, Azercell Ekspress"in yeni ofislərini açacaq", - deyə S. Canoğulları bildirib.

Şirkətin rəhbəri bildirib ki, 2006-2008-ci illər dövründə investisiyalar $350 mln həcmində planlaşdırılır. 2010-cu ilə kimi isə bu məbləğ $550 mln-a əatdırılacaq. 2005-ci ildə Azərcell Telecom BM Azərbaycanın telekommunikasiya sahəsinə $108 499 321 vəsait qoyub.

Xəbər lenti

Xəbər lenti