...

AİP sədrinin məhkəməsi fevralın 21-nə təyin olunub

Siyasət Materials 7 Fevral 2006 15:53 (UTC +04:00)

Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nurinin Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı fevralın 7-də Səbail Rayon Məhkəməsində təyin edilən məhkəmə prosesi baş tutmayıb. Bu barədə Trend ə AİP sədrinin vəkili Çingiz Quliyev bildirib.

Ç.Quliyev bunu qarşı tərəfin nümayəndəsi İradə Hacıyevanın məhkəmə prosesinə gəlməməsi ilə izah edib: "Hakim mənim yanımda ona zəng vurub prosesə gəlməməsinin səbəbini soruşub. İradə xanım bunu işinin çoxluğu ilə bağlayıb".

AİP sədrinin vəkili onu da bildirib ki, proses fevralın 21-nə təyin olunub. Məhkəmə prosesinə hakim Yusif Kərimov sədrlik edir.

Xəbər lenti

Xəbər lenti