...

5 gün müddətində MSK-nın sədri və katibləri seçilləcək

Siyasət Materials 7 Fevral 2006 16:02 (UTC +04:00)

"Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılmasından sonra 5 gün müddətində sədr və katiblər seçilməlidir". Trend xəbər verir ki, bu barədə MSK-nın üzvü Natiq Məmmədov bildirib.

N.Məmmədov onu da qeyd edib ki, MSK-nın yeni tərkibi onu tam qane edib. MSK-nın yeni tərkibində müxalifət nümayəndələrinin təkrar seçkilərə qədər azlıq təşkil etməsinin komissiyanın gələcək fəaliyyətinə heç bir mənfi təsir göstərməyəcəyini deyən N.Məmmədov bildirib: "Kvorm olduğundan hər hansı bir qərarın qəbul edilməsində problem olmayacaq".

MSK üzvü onu da bildirib ki, Seçki Məcəlləsinin 24-cü maddəsində MSK-da müxalifət nümayəndələrinin təmsil olunması ifadəsi göstərilməyib: "MSK-nın formalaşmasında parlamentdə təmsil olan çoxluq və azlıqın nümayəndələrinin təmsilçiliyindən söhbət gedir". N.Məmmədov vurğulayıb ki, dünya təcrübəsində komissiyalar heç bir siyasi partiyalar tərəfindən formalaşmır, peşəkarlar tərəfindən formalaşır.

Xəbər lenti

Xəbər lenti