...

Ümid Partiyasının sədri parlamentin rəhbərliyinə etiraz məktubu ünvanlayıb

Siyasət Materials 7 Fevral 2006 16:52 (UTC +04:00)

Milli Məclisdə təmsil olunan Ümid Partiyası parlamentin rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Trend xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Etirazın edilməsinə səbəb parlamentdə azlıq təşkil edən partiyalar tərəfindən Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunan 6 nümayəndə arasında iqtidaryönlü Ana Vətən və Sosial Rifah Partiyalarının nümayəndələrinin olmasıdır. İ.Ağazadə bildirib ki, onlar bu tərkibin hamısının müxalifətdən olmasının tərəfdarı olublar: "Hesab edirik ki, Sosial Rifahla Ana Vətən Partiyasının azlıqda olan partiyalar sırasına daxil edilməsi qanunun mahiyyətinə ziddir. Yalnız seçki marafonunda partiya kimi iştirak edən qüvvələrdən MSK-nın azlığı təşkil olunmalıdır. Fərdi qaydada seçkilərə qatılanlardan yox".

İ.Ağazadə onu da bildirib ki, əgər onların mövqeyi nəzərə alınarsa 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdən sonra MSK-nın tam formada formalaşmasında iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti