...

MSK yeni tərkibdə ilk iclasını keçirib

Siyasət Materials 7 Fevral 2006 20:40 (UTC +04:00)

Bu gün Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) yeni tərkibdə ilk iclasını keçirib. İclasda ölkə parlamentinin spikeri Oktay Əsədov və Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev iştirak edib. Trend bildirir ki, O.Əsədov MSK-nın yeni tərkibdə nümayəndələrini təbrik edib.

İclasda MSK rəhbərliyinin seçilməsi prosesi keçirilib. O.Əsədov qeyd edib ki, Seçki Məcəlləsinə əsasən, ölkə parlamentində əksəriyyəti təşkil edən "Yeni Azərbaycan" partiyası komissiyanın sədri postuna Məzahir Pənahovun namizədliyini irəli sürüb. Səsvermə zamanı onun namizədliyii yekdilliklə qəbul edilib. Öz çıxışında M.Pənahov ona növbəti dəfə göstərilən etimada görə təşəkkürünü bildirib.

İclasda Svetlana Qasımova MSK sədrinin müavini seçilib. Məcəlləyə əsasən, MSK-nın iki katibindən biri parlamentin müstəqil deputatlar qrupunu, digəri isə parlamentdəki azlığı təmsil etməlidir. Müstəqil deputatlardan katib vəzifəsinə Natiq Məmmədov seçilib.

Azlığı təmsil edən namizədə səsvermə ölkə parlamentinə əlavə seçkilərdən sonra keçiriləcək.

Xəbər lenti

Xəbər lenti