...

O.Əsədov hesab edir ki, dini təxribatlara yüksək mədəni səviyyədə cavab vermək lazımdır

Siyasət Materials 7 Fevral 2006 20:51 (UTC +04:00)

"Bizə demokratiya dərsi keçən bəzi ölkələrə təxribatla yox, ağıl və mədəniyyətlə cavab vermək lazımdır". Trend bildirir ki, bu barədə ölkə parlamentinin spikeri Oktay Əsədov bəyan edib. Avropanın bəzi ölkələrində islama qarşı kampaniya keçirilməsini və Məhəmməd Peyğəmbərin karikaturasının yayımlandığını şərh edərkən parlament rəhbəri qeyd edib ki, islam ən mütərəqqi dindir. O, bildirib ki, bu hərəkətlərə yüksək mədəni səviyyədə cavab vermək lazımdır.

O.Əsədov həmçinin Türkiyəyə qarşıdakı səfəri barədə danışıb. Onun sözlərinə görə, o, Türkiyə Böyük Millət Məclisində görüşlər keçirəcək, həmçinin Türkiyə hökumət başçısı və baş nazirin müavini ilə görüşəcək. Görüşdə ölkələr arasındakı ikitərəfli münasibətlərin, eləcə də parlament əlaqələrinin gələcək inkişafının müzakirə ediləcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti