...

Azərbaycandakı diplomatik korpusun binalarının mühafizəsi gücləndirilib

Siyasət Materials 8 Fevral 2006 12:40 (UTC +04:00)
Azərbaycandakı diplomatik korpusun binalarının mühafizəsi gücləndirilib

Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun binalarının mühafizəsi son günlər gücləndirilib. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məlumat verib.

"İslamın təhqir olunması ilə əlaqədar son günlər cərəyan edən hadisələrlə bağlı Bakı şəhər Baş Polis İdarəsi baş verə biləcək hər hansı insidentin qarşısını bu başdan almaq məqsədilə diplomatik korpusun mühafizəsini gücləndirib, binalarda polis qüvvəsini artırıb", - deyə Y.Əliyev bildirib.

BŞBPİ-nin rəis müavini qeyd edib ki, hazırda səfirliklərin və konsulluqların polis tərəfindən mühafizəsi ehtimal oluna biləcək hər hansı hücumun və təxribatın qarşısını almağa qadirdir.

Xəbər lenti

Xəbər lenti