...

İndoneziya Azərbaycana ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirməyi təklif edir

Siyasət Materials 8 Fevral 2006 13:24 (UTC +04:00)

İndoneziya Azərbaycana ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirməyi və hökumətlərarası iqtisadi komissiyanın yaradılmasını təklif edir. Azərbaycan XİN-dən Trend ə verilən məlumata görə, belə bir təşəbbüslə bu ölkədə diplomatik missiyası başa çatın İndoneziyanın Azərbaycandakı səfiri Amin Rian Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı çıxış edib.

Səfir Azərbaycan və İndoneziya arasında iqtisadi əlaqələrin inkişafının vacibliyini və bunun üçün böyük potensialın mövcudluğunu qeyd edib. O, əməkdaşlığın əhəmiyyətinin təkcə neft sektorunda deyil, həm də digər sahələrdə, məsələn, kimya sənayesi, elmi tədqiqatlar sahəsində də əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanla İndoneziya arasında əlaqələrin gələcək inkişafının tərəfdarı olduğunu qeyd edən nazir E.Məmmədyarov bildirib ki, Cakartada ölkəmizin səfirliyi fəaliyyət göstərdiyini və İndoneziyanın Bakıda da səfirliyinin açılacağına ümid etdiyini bildirib.

Xarici siyasət idarəsinin rəhbəri iki ölkə arasında siyasi sahədə, eləcə də beynəlxjalq təşkilatlar çərçivəsində qarşılıqlı anlaşmanın qənaətbəxş olduğunu bildirib. O, eləcə də iqtisadi, energetika sahəsində, biznes, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın geniş imkanlarının mövcudluğundan danışıb. Nazir cari ilin iyununda İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin xarici işlər nazirlərinin konfransının Bakıda keçirilməsinin Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib və Azərbaycanın İKT-nın üzvü olan ölkələrlə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Nazir, həmçinin, İndoneziyanın Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasına dəstək verdiyinə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti