...

Aynur Camalqızı: "Müsavatın gətirdiyi arqumentlər bəhanədir"

Siyasət Materials 8 Fevral 2006 21:21 (UTC +04:00)

"Millət vəkili Aynur Camalqızının Müsavat Partiyası sıralarından uzaqlaşdırılması və bununla bağlı Səbail rayon məhkəməsinə etdiyi müraciətə əsasən apardığımız araşdırmanın nəticələrinin müzakirəsi bu gün də baş tutmayıb". Bu barədə Trend ə Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli bildirib.

Qeyd edək ki, MTKN-nın iclası fevralın 8-də saat 19.00-da başa çatıb. İ.İbrahimli qeyd edib ki, A.Camalqızının mobil telefon nömrəsi dəyişdirildiyindən onunla əlaqə saxlamaq mümkün olmayıb: "İstəyimiz odur ki, iclasımızda iştirak edib bizim bəzi suallarımıza aydınlıq gətirsin. Mobil telefonunun nömrəsini dəyişdirdiyindən və onun rekvizitləri bizdə olmadığından onunla əlaqə saxlaya bilməmişik". İ.İbrahimli onu da qeyd edib ki, MNTK-nın iclaslarında iştirakının vacibliyi ilə bağlı ona edilən teleqramlar da cavabsız qalıb.

Millət vəkili Aynur Camalqızı isə Müsavat Partiyası tərəfindən ona heç bir müraciət daxil olunmadığını bildirib: "Gətirdikləri arqumentlər bəhanədir. Mənim ev və mobil telefon nömrələrimi yaxşı bilirlər. Bir neçə dəfə əlaqə də saxlayıblar". A.Camalqızı onu da qeyd edib ki, ona dəvət gələrsə, MNTK-nın iclasında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti