...

Cəmil Həsənli: "Parlamentin iclaslarına qatılmaqla bağlı qərarımı yaz sessiyası ərəfəsində verəcəm"

Siyasət Materials 9 Fevral 2006 12:04 (UTC +04:00)

"Müsavat Partiyasının parlamentdə iştirak etməyə qərar verməsi tamamilə yeni şərait yaratdı. Mən də parlamentdə iştirak etmək barədə düşünəcəyəm". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, millət vəkili Cəmil Həsənli bildirib.

Qeyd edək ki, "Azadlıq" blokunun üzvü olan AXCP parlamentdə təmsil olunmamaq və təkrar seçkidə iştirak etməmək barədə qəti qərar qəbul edib. Lakin blokun digər üzvü Müsavat Partiyası isə AXCP və ADP-nin qərarının əksinə addım atıb. AXCP funksioneri Cəmil Həsənli də parlamentin iclaslarına qatılacağını istisna etməyib: "Mən parlamentin yaz sessiyası ərəfəsində bu barədə qəti qərarımı verəcəm" - deyə C.Həsənli açıqlama verib. O, parlamentdə iştirak edəcəyi təqdirdə AXCP-dən uzaqlaşdırılacağı ehtimalına münasibət bildirərkən hələ bu haqda fikirləşmədiyini deyib.

Xəbər lenti

Xəbər lenti