...

İlyas İsmayılov: "Müsavat Partiyası öz maraqları baxımından düzgün qərar qəbul edib"

Siyasət Materials 9 Fevral 2006 12:17 (UTC +04:00)

Ədalət Partiyası Müsavat Partiyasının parlamentin iclaslarına qatılmaq və təkrar seçkidə iştirak etmək barədə qərarını düzgün addım hesab edir. Bu barədə Trend ə Ədalət Partiyasının sədri İlyas İsmayılov açıqlama verib.

"Milli Məclisə seçilən şəxs parlamentin iclaslarında iştirak etməlidir. Buna görə də Müsavat Partiyası öz maraqları baxımından düzgün qərar qəbul edib"-deyə İlyas İsmayılov vurğulayıb. O qeyd edib ki, Milli Məclisin yaratdığı imkandan, onun tribunasından yararlanmaq lazımdır: "Vaxtilə Mirmahmud Mirəlioğlu da parlamentə getməyəndə mən öz fikrimi bildirmişdim ki, o, iclaslarda iştirak etməlidir. Mən hesab edirəm ki, Milli Məclisin tribunasından istifadə olunmalıdır".

"Azadlıq" blokundan təmsil olunan digər partiyaların fərqli mövqeyinə gəldikdə isə, İlyas İsmayılov bildirib ki, bu, hər bir siyasi qurumun daxili işidir və bütün partiyalar istədiyi qərarı verməkdə sərbəstdir.

Xəbər lenti

Xəbər lenti