...

RF-nin 21 regionunu təmsil edən 140-dan çox müəssisə Bakıda keçiriləcək Rusiya milli sərgisində öz ekspozisiyasını nümayiş etdirəcək

Siyasət Materials 9 Fevral 2006 15:39 (UTC +04:00)

Fevralın 21-dən 24-dək Bakıda Rusiya milli sərgisi və "Rusiya və Azərbaycan: strateji tərəfdaşlıq" mövzusunda ikinci Azərbaycan-Rusiya iqtisadi forumu keçiriləcək.Bu barədə Trend ə "Ümumrusiya sərgi mərkəzi DSC" ASC-də bildirilib.

Ekspozisiya Azərbaycanda Rusiya Federasiyası İlinin açılışı münasibətilə təntənəli tədbirlər çərçivəsində təşkil edilir. Sərginin təntənəli açılış mərasimi fevralın 21-də H.Əliyev adına İdman-sərgi kompleksində keçiriləcək. Açılış mərasimində Rusiya və Azərbaycan prezidentlərinin də iştirakı ehtimal olunur. Həmçinin mərasimdə RF iqtisadi inkişaf və ticarət nazirinin müavini V.Savelyev, Kabardino-Balkariyanın prezidenti A.Kanokov, Tatarıstanın baş naziri R.Minnixanov, Stavropol diyarı, Həştərxan, Penza, Ulyanovsk vilayətlərinin qubernatorları və digər rəsmi şəxslər iştirak edəcək.

Sərginin təşkilatçıları RF iqtisadi inkişaf və ticarət nazirliyi və RF Ticarət-sənaye Palatasıdır, milli sərgi operatoru isə " "Ümumrusiya sərgi mərkəzi" Dövlət səhmdar cəmiyyəti" ASC-dir. Sərgi RF icraçı hakimiyyəti federal orqanları, RF federal dairələr və subyektlər administrasiyasının iştirakı, Azərbaycan Respublikasının prezidenti və hökuməti, Azərbaycan Ticarət-sənaye Palatasının yardımı ilə keçirilir.

Rusiya Federasiyanın 21 regionunu təmsil edən 140-dan çox müəssisə 3200 kv.m sahədə öz ekspozisiyalarını yerləşdirəcək, bundan başqa, eksponatlar açıq meydançada da yerləşdiriləcək. Sərgidə RF regionlarının 12 kollektiv ekspozisiyası təqdim ediləcək. Bunlar neft-mədən və texnologiya avadanlıqları, qara metal prokat və armatur, borular, enerji və elektrik avadanlığı, kimya və meşə sənayesi məhsulları, tikinti avadanlığı, materiallar və texnologiyalar, kənd təsərrüfatı maşınları, turizm, poliqrafiya, qablaşdırmadan ibarətdir.

Xəbər lenti

Xəbər lenti