...

AVP müxalifətin MSK-nın paritet əsaslarla formalaşması təklifinə etiraz edib

Siyasət Materials 9 Fevral 2006 17:40 (UTC +04:00)

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması və təkrar seçkilərdən sonra tam formada təşkil ediləcəyi sağlam məntiqə uyğundur. Bu barədə Trend ə Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

F.Ağamalı bildirib ki, müxalifət tərəfindən MSK-nın paritet əsaslarla təşkil olunması ilə bağlı təklifləri kökündən yanılışdır: "Bu təklifin arxasında duran niyyət cəmiyyətdə nüfuzu olmayan, prezident və parlament seçkilərində məğlubiyyətə uğrayan müxalifət MSK-da müxtəlif vəzifələr əldə etməklə proseslərə kölgə salmaqdır". F.Ağamalı parlamentdə təmsil olan qüvvələr nisbətinin də belə təkliflə formalaşa biləcəyinin mümkünsüzlüyünü qeyd edib.

AVP sədri onu da əlavə edib ki, MSK-nın formalaşdırılması ilə bağlı belə bir anlaşılmazlıqlar yaranmasın deyə gələcəkdə komissiyanın tərkibi siyasi partiya nümayəndələrindən təşkil edilməmlidir: "Bir çox dövlətlərdə seçki administarsiyalarının tərkibi qeyri-siyasətçilərdən formalaşdırılıb. Bu təcrübə Azərbaycanda da həyata keçirilməlidir".

Xəbər lenti

Xəbər lenti