...

Avropa Şurasının yerli və regional hakimiyyətləri Konqresinin sədri fevralın 13-də Azərbaycana səfər edəcək

Siyasət Materials 10 Fevral 2006 11:11 (UTC +04:00)
Avropa Şurasının yerli və regional hakimiyyətləri  Konqresinin sədri fevralın 13-də Azərbaycana səfər edəcək

Fevralın 13-də Avropa Şurasının yerli və regional hakimiyyətləri Konqresinin sədri Azərbaycana rəsmi səfərə gələcək. Trend in Konqresin katibliyinə istinadən verdiyi xəbərə görə, Covanni di Stazi, eləcə də, Azərbaycanın xarici işlər naziri, ədliyyə nazirinin müavinləri və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşəcək.

Konqresin sədri 2004-cü ildə keçirilən səsvermənin nəticələrinin etibarsız olduğuna görə 135 bələdiyyənin təşkili üzrə keçiriləcək təkrar seçkilərə hazırlığın gedişini müzakirə edəcək.

Avropa Şurasının yerli və regional hakimiyyətləri Konqresinin Cənubi Qafqaz ölkələri üzrə rəhbəri Covanni di Stazi dialoqun tərkib hissəsi kimi 3 paytaxtın (Bakı, Tbilisi və Yerevan) icra hakimiyyətlərinin rəhbərlərini dəyirmi masada iştirak etmək üçün Strasburqa dəvət etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti